Bakıda metrostansiyadan çıxan kişi dünyasını dəyişib - Foto

23 Sentyabr 2017 13:36 (UTC+04:00)

Hadisə şahidlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə "28 may" metrostansiyasının qarşısında baş verib. Metrostansiyadan çıxan kişinin qəflətən halı pisləşib və yerə yıxılıb. Yaxındakı şəxslər ona yardım etmək üçün yaxınlaşanda isə şəxsiyyəti hələlik məlum olmayan şəxsin öldüyü məlum olub.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.