Əfqanıstanda nəzarət-buraxılış məntəqəsinə hücum - 5 polis ölüb

23 Sentyabr 2017 14:00 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan əlavə qüvvələr hücumun qarşısını alıb.

Silahlıların zərərsizləşdirildiyi məlumat verilsə də, onların sayı açıqlanmayıb.

Hücumu “Taliban” qruplaşması həyata keçirib.

AzNews.az