Meksikada daha bir zəlzələ - 5.8 bal

23 Sentyabr 2017 15:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Seysmoloji Xidmət mərkəzindən məlumat verilib. Dərinliyi 74.2 kilometr olan zəlzələnin episentri ölkənin cənubundakı Paredon şəhərindən 48 km cənub-qərbdə yerləşir. Zəlzələ nəticəsində ölənlərin olub-olmaması və dağıntılar barəsində hər hansı məlumat verilməyib.