Bakıda kanal rəhbəri boşandığı xanımla yenidən evlənir

23 Sentyabr 2017 17:12 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, o, keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzunla rəsmi nikaha girəcək.

Nikah mərasimi Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək. Bundan sonra elə səfirliyin həyətində, açıq havada ziyafət təşkil ediləcək.

Qeyd edək ki, Türkiyə vətəndaşları olan Volkan Üst və Özge Uzun 10 il evli olublar və sonra ayrılıblar. Qsa müddət sonra isə onlar yenidən birlikdə olmaq qərarına gəliblər. Volkat Üst ikinci evlilik təklifini Özge Uzuna Türkiyə kanallarında birinin canlı efirində qonaq olarkən edib və müsbət cavab alıb.