Olimpiya Kompleksinin yaxınlığında qəza - Yaralananlar var

23 Sentyabr 2017 17:50 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl Olimpiya Kompleksinin yaxınlığında baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Mercedes-Benz" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü və sərnişini yüngül xəsarət alsalar da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az