Çexiya voleybolçuları belçikalı rəqiblərini məğlub ediblər

23 Sentyabr 2017 19:53 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, hər iki komanda qrup mərhələsinin ilk turunda məğlub olduqları üçün bu görüş onlar üçün mühüm əhəmiyyət daşıyıb. Çexiya yığma komandası gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 19:25 hesabı ilə məğlub olub. Lakin bundan sonra ardıcıl üç setdə qalib gəliblər - 25:23, 28:26, 25:19).

Beləliklə, maraqlı qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanan Çexiya voleybolçuları ilk oyunda məğlubiyyətdən sonra çempionatda qələbə qazana biliblər. Belçika millisi isə ikinci görüşdə də məğlub olub.

“D” qrupunun digər görüşündə Serbiya və Niderland komandaları üz-üzə gələcəklər. Hər iki komanda çempionata qələbə ilə başlayıblar.