“Kəpəz” yenə məğlub oldu

23 Sentyabr 2017 20:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində baş tutan görüşü baş hakim Rəhim Həsənov idarə edib.

Oyunun ikinci hissəsində hesab açılıb və ev sahibləri istəklərinə çatıblar. Oyunun 60-cı dəqiqəsində Elman Taqayev hesabı açıb və görüş “Səbail” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.