Bu qadın ona sataşan kişiləri İnstaqramda ifşa edir

23 Sentyabr 2017 20:10 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Noa İnstaqramda təcavüz probleminin ölçülərini əks etdirən "Dearcatcaller" adlı bir hesab açıb.

Parool qəzetinə müsahibə verən Noa, heç bir zaman ona sataşan kişilərə necə cavab verəcəyini bilmədiyini bildirərək, "Söz atanlara cavab verincə mübahisə davaya dönür. Onları görməzdən gəlmək də, heç bir qarşılıq olmadan hərkəsə istədikləri sözü deməyə cəsarət verir" deyib.

Noa özünə söz atanlara birlikdə şəkil çəkdirməyi təklif edir. Sonra da bu fotoları İstaqramda paylaşır.

Noaya aid olan "Dearcatcaller" adlı hesabda ona sataşan sürücülərdən inşaat işçilərinə qədər çok sayda kişinin şəkili var.

Noa Jansma əvvəllər ona sataşanlarla foto çəkdirmə mövzusunda tərəddüd edib. Ancaq, ona söz atan bir kişinin onun təklifinə həvəslə qarşılıq verməsi onu ruhlandırıb.