Erməni deputatlar Bakını gəzdilər - Fotolar

23 Sentyabr 2017 21:39 (UTC+04:00)

AzVision.az-ın məlumatına görə, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan şəhərin mərkəzi küçələrini gəzib, Qız qalasında olublar.

Nümayəndə heyəti paytaxtda yerləşən erməni kilsəsində də baş çəkib. Daha sonra restoranların birində nahar ediblər.

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

AzNews.az