Avtomobil piyadanı vurdu

23 Sentyabr 2017 22:00 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nəvahi kəndinin ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçən zaman onu minik avtomobili vurb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az