Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürülüb

24 Sentyabr 2017 16:16 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim partiyanın deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər bu gün Marneulidə olublar.

Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə Marneuli rayonunda icra hakimiyyəti başçısı vəzifəsinə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb.

Namizd Teymur Abbasov çıxışında ona göstərilən etimadı doğruldacağını, Marneulinin inkişafına, azərbaycanlıların Gürcüstan ictimaiyyətinə və Avropaya inteqrasiyasını gücləndirməyə çalışacağını bildirib.