AzNews.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Nərimanov rayon sakini müraciətində bildirib ki, 1995-ci il təvəllüdlü qızı Abdullayeva Sevil Talıb qızı (ad şərtidir) sentyabrın 6-da Xan Şuşinski küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qızın atası qeyd edib ki, o, evdən bazarlıq etmək adı ilə çıxıb.
Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.