FHN-nin helikopteri Borjomi ərazisindəki yanğının söndürülməsində fəal iştirak edir - Zurab Alavidze

24 Sentyabr 2017 16:39 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze “İmedi” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabrın 22-dən başlayan yanğın qəsəbənin yaxınlığında 4 hektardan çox ərazini məhv edib. Hazırda yeni yanğının daha geniş ərazilərə yayılma ehtimalı yoxdur. Yanğının söndürülməsi üçün bu gün Türkiyədən də iki helikopter gələcək. Hazırda yanğının söndürülməsində 3 helikopter, 18 yanğınsöndürən maşın, 250 yanğınsöndürən, Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə 300 əməkdaşı iştirak edir.