Zaqatalada dağlıq ərazidə meşə yanğını lokallaşdırılıb - Yenilənib

24 Sentyabr 2017 21:44 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

***

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğının yüksək dağlıq meşəlik ərazid baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdü. Yanğının söndürülməsi ancaq əl əməli vasitəsi ilə həyata keçirilir. Hazırda yanğın davam edir.