11 yaşlı qız donuz qripindən öldü

20 Fevral 2013 09:58 (UTC+04:00)


Dmitrova şəhərində 11 yaşlı Yekaterina Antonovskaya xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Vəfat etməsindən 5 gün əvvəl yüksək hərarət diaqnozu ilə xəstəxanaya yerləşdirilən şagird 4 gün reanimasiyada qalıb. Ancaq onun hərarəti 41 dərəcədən aşağı enməyib. Yekaterinanın ailəsi qızın vəfatında həkimləri günahlandırıb.

Onların bildirdiyinə görə, vaxtında müdaxilə edilsəydi və donuz qripi təhlükəsi göz önünə alınsaydı hadisə baş verməzdi. Hazırda ölüm faktının qeydə alındığı xəstəxanada karantin elan edilib.

Elnarə Əlosmanqızı
AzNews.az