İŞİD-dən xilas edilən uşağın qohumları tapılıb

25 Sentyabr 2017 10:11 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.

Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

"Azərbaycan Respublikasının İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir", - deyə məlumatda bildirilib.