Suriyada daha bir rus generalı öldürüldü

25 Sentyabr 2017 11:06 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Asapov İŞİD terrorçularının hücumuna məruz qalıb.

Hadisə Deyr əz-Zor şəhərində baş verib. Hücum zamanı general səhra qərargahında olub. Onun olduğu mövqe top atəşinə tutulub. Nəticədə general, onun tərcüməçisi və iki polkovnik həlak olub.

Bəxtiyar Abbasov

AzNews.az