Kürdlər üçün həlledici gün - Bərzani də səs verdi

25 Sentyabr 2017 12:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ərbildə səs verən Bərzani seçki barədə heç bir açıqlama vermədən məntəqəni tərk edib.

Qeyd edək ki, İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. M. Bərzani isə geri addım atmayacaqlarını deyib.