"Qarabağ" - "Roma" matçının hakimləri bilindi

25 Sentyabr 2017 13:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş Portuqaliyadan olan hakimlərə həvalə olunub.

20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)

Baş hakim Artur Dias, Yan xətt hakimləri isə Rui Tavares və Paulo Soares olacaq. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor israilli Haim Yakov olacaq.

"Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq.