Aqunq vulkanı püskürdü – On minlərlə insan evlərini tərk etməyə başladı (Fotolar)

25 Sentyabr 2017 17:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, püskürmə şiddəti az olsa da, vulkanda müşahidə olunan seysmik fəallıq bölgə sakinləri arasında təşvişə səbəb olub.

Vulkanoloqlar da, həmçinin, şiddətli püskürmə olacağı əqdirdə yerli sakinlərin adada əsarətə düşəcəkləri barədə xəbərdarlıq ediblər. Vulkanın püskürmə ehtimalı ilə bağlı “qırmızı” həyəcan siqnalı elan olunub.

Qeyd edək ki, Aqunq vulkanı sonuncu dəfə 1963-cü ildə püskürüb və 1100-ə yaxın insanın həlak olması ilə nəticələnib.

Bəxtiyar Abbasov

AzNews.az