Daha bir əxlaqsızlıq yuvası- Biləsuvarda

20 Fevral 2013 11:08 (UTC+04:00)

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonunun Köbürlü kəndi ərazisindəki "Cavidan" kafesində əxlaqsızlıq yuvası aşkar edilib.
Kafedə işləyən İmişli rayon sakini Orxan Məhəmmədli əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az