Lənkəranda inzibati binada yanğın

20 Fevral 2013 12:51 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10.40 radələrində şəhərin mərkəzi ərazisində təhsil şöbəsinin, şəhər bələdiyyəsinin, Yazıçılar Birliyi zona bölməsinin, Beynəlxalq Bankın rayon filialının və daha bir neçə dövlət idarəsinin yerləşdiyi dördmərtəbəli inzibati binada qeydə alınıb. Hadisə yerinə gələn 3 yanğınsöndürən maşının və canlı qüvvənin səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində binanın çardağı 1 kv.m sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az