Yığmamız Dünya Kubokunda 7-ci yeri tutub

20 Fevral 2013 13:27 (UTC+04:00)


Turnirin ilk günündə Macarıstana qalib gəlib (7:0), Türkiyə (3:4) və İran (2:5) uduzan komandamız qrup mərhələsinin son qarşılaşmasında Qazaxıstanla qarşılaşıb.

Yığmamız üçün təsəlli xarakteri daşıyan qarşılaşma komandamızın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə güləşçilərimiz qrupda 4-cü yeri tutublar və reqlamentə əsasən A qrupunda onlarla eyni mövqedə qərarlaşan Belarusla üz-üzə gəliblər. Görüş isə yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

AzNews.az