Avstriyada hicab geyinməyə qadağa qoyulur

1 Oktyabr 2017 11:25 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi olaraq oktyabrın 1-dən qüvvəyə minən qadağa həmçinin qeyri-bayram günlərində maskarad maskasına, habelə həkim göstərişi olmadan tibbi maskaların taxılmasına da qoyulub.

Qadağanı pozan şəxslər 150 avro məbləğində cərimələnəcəklər. Hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayan şəxslər izahat verilməsi üçün polis şöbəsinə aparılacaqlar.