Goranboy sakini dərmandan zəhərlənib

1 Oktyabr 2017 12:33 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Zeyvə kənd sakini 1996-cı il təvəllüdlü Əsgərova Sevinc dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. S. Əsgərovanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.