“Azərbaycanda Aşura günü qanvermə aksiyası qonşu ölkələrdə nümunə kimi istifadə edilir” - Mübariz Qurbanlı

1 Oktyabr 2017 13:24 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Aşura günü münasibəti ilə “Təzəpir” məscidində qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, əvvəllər Azərbaycana məscidlərdə Aşura günü bədənə xəsarət yetirməklə qançıxarma ənənələri olub: “Bu, arzuedilməz, yolverilməz idi. Artıq Azərbaycanda bunun əvəzinə kütləvi olaraq ehtiyacı olanlara könüllü qanvermə ənənəsi formalaşıb. Aşura günü mərasimləri QAFQAZ Müsəlmanları İdarəsinin fətvasına uyğun və qanun çərçivəsində keçirilir. Əgər kiçik xətalar varsa, bu da ümumi işin pozulmasına heç bir təsir göstərmir”.