Aşura günü 1722 litr qan toplanıb - Səhiyyə Nazirliyi

1 Oktyabr 2017 18:15 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib.

O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.