Ana və qızı xilas edildi

1 Oktyabr 2017 18:49 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, qapının kilidinin sınması nəticəsində 2 nəfər çıxılmaz vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açdıqdan sonra vətəndaşlara müvafiq köməklik göstərilib.