“Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz əlavə pul qazanmışıq” - İlham Əliyev

2 Oktyabr 2017 14:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.

Prezident vurğulayıb ki, bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir: “İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir.

Sizə bu gözəl hadisə münasibətilə uğurlar arzulayır, sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə Qobustan rayonunda hələ çox açılışlar olacaq, biz sizinlə tez-tez görüşəcəyik”.