Peterburqdakı davanın səbəbi-gəlin qaçırma

20 Fevral 2013 15:38 (UTC+04:00)


Rusiya mətbuatı tərəflər arasında baş verən dava haqqında çox məntiqsiz bir iddia ortaya qoyub.

Belə ki,mətbuatın apardığı araşdırmaya görə,uzun müddət Rusiyada yaşayan azərbaycanlı ailəsinin qızı ilə qohum olmaq istəyən, Şəmkirli həmyerlimiz guya ki, Azərbaycanın qədim "toydan əvvəl gəlin qaçırma" ənənəsinə riayət etmək istəyib. Ancaq Peterburqda yaşayan ailə bu ənənə ilə razılaşmayıb və hər iki tərəfin tanışlarının iştirakı ilə dava başlayıb.

Qeyd edək ki, Azərbaycanda toydan əvvəl gəlinin qaçırılması kimi bir adət yoxdur. Hadisədən sonra Rusiya mənbələri davaya bizneslə bağlı problemlərin səbəb olduğunu yazmışdı.

Xatırladaq ki,kütləvi davada 20-dən artıq insan iştirak edib. 15 nəfər hadisə yerində, daha 13 nəfər isə bir müddət sonra saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

AzNews.az