Turistlər dağlıq ərazidə qaldı - Onları xilas etmək üçün helikopter cəlb olunub + Yenilənib

3 Oktyabr 2017 16:40 (UTC+04:00)

AzNews.az nazirliyin saytına istinadən xəbə verir ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək

***

16:01

Şamaxı rayonunda xarici vətəndaşlar çətin keçilən dağlıq ərazidə qalıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Bir qədər əvvəl Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub. Əlavə məlumat veriləcək.