Azərbaycan daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

3 Oktyabr 2017 16:59 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının ardından, çimərlik voleybolu üzrə beynəlxalq turnirə də (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.

Oktyabrın 11-dən 14-dək davam edəcək yarış “Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva –İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.

Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq. Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.

Yarışın ilk günü, 11-13 oktyabrda təsnifat mərhələsi, 14-də isə yarımfinal və final oyunları keçiriləcək.

Qeyd edək ki, oyunlar 3 meydançada baş tutacaq. I yer 880, II yer 640, III yer 520 avro məbləğlərlə mükafatlandırılacaqlar.