İlham Əliyev qadın voleybolçularımız haqqında sərəncam imzalayıb - 2 milyon manat ayrıldı

3 Oktyabr 2017 18:16 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.