Şir reqbiçinin əlini dişlədi – Video

4 Oktyabr 2017 11:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasında baş verib.

Reqbiçilər dostluq qarşılaşması məqsədilə Cənubi Afrika Respublikasına səfər ediblər. Matçdan əvvəl onlar heyvanxanalardan birini ziyarət ediblər. Skot Bolduin şirlərdən birinin başını sığallayan zaman şir qəfildən onun əlindən dişləyib.

Dostları Bolduini xəstəxanaya aparıblar. O, vəziyyətlə əlaqədar komandanın heyətindən çıxarılıb.

Bəxtiyar Abbasov

AzNews.az