Azərbaycanda kişilər də ailədə zorakılığa məruz qalır - Dövlət Komitəsi

4 Oktyabr 2017 12:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib.

O, bildirib ki, Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar: “Ailə daxilində hər bir insan zorakılığa məruz qala bilir, o cümlədən də kişilər..."

A. Veysəlova yetkinlik yaşına çatmayan uşaqların da zorakılığa məruz qaldıqlarını deyib.