Bakıda şagirdlər suyun içində məktəbə getdi - Video

4 Oktyabr 2017 12:34 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakının bəzi ərazilərində küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağış səbəbi il Yasamal rayonu, 286 saylı məktəbin şagirdlərinin dərsə gedib-gəlməsinə çətinlik yaradıb. Yağışın yolda yaratdığı gölməçə uşaqların, hətta maşınların gedişinə də mane olur.