Diasporadan Peterburq davası ilə bağlı müraciət

20 Fevral 2013 21:38 (UTC+04:00)



APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Sankt-Peterburq Azərbaycan Milli-mədəni muxtariyyəti"nin sədri Vaqif Məmişov bəyan edib.

Təşkilatın mətbuat xidməti V.Məmişovun adından məlumat yayıb və Rusiya mətbuatında sözügedən dava ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Dava fevralın 19-da axşam Dimitrov küçəsindəki "Çistıe prudı" kafesinin yaxınlığında baş verib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun məlumatına görə, hadisəyə səbəb toyu olacaq gəlinin qaçırılması olub. Dava nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində 2 travmatik tapança, tüfəng güllələri, bıçaq və beysbol taxtası tapılıb. Sankt-Peterburq İstintaq komitəsi hadisənin 28 iştirakçısının saxlanıldığını bildirib.

Bu gün "Sankt-Peterburq Azərbaycan Milli-mədəni muxtariyyəti"nin şurası şəhərdə yaşayan bütün azərbaycanlı ağsaqqalların iştirakı ilə təcili müşavirə keçirib. Təsdiq olunmuş profilaktik tədbirlər arasında şura üzvlərinin şəhərdəki azərbaycanlıları şəxsi nəzarətə götürməsi və Peterburqda yaşayışın qaydaları, normativ aktlar barədə əlavə izahların verilməsi də var.

"Bizim hər birimiz qədim xalqımızın zəngin mədəniyyətini və özünəməxsusluğunu təmsil edirik və Sankt-Peterburqda buna layiq davranmalıyıq. Buna görə də, hər kəs Rusiya Federasiyasının qanunvericiliyini unutmamalı və ona ciddi olaraq riayət etməlidir", deyə V.Məmişovun müraciətində bildirilir.

O qeyd edib ki, "əgər dostların, qohumların arasında, ailədə, ali təhsil və peşə yönümlü müəssisələrdə Rusiya Federasiyasının ərazisində davranış qaydalarına dair izahat işi aparılsa, ciddi nəticələr əldə olunacaq".

Məmişovun fikrincə, Peterburqda yaşayan azərbaycanlılar şəhərin ictimai həyatına daxil olmalı, onun iqtisadi və sosial inkişafına töhfələrini verməlidirlər.