Göz yaşı ilə elektrik cərəyanı hasil ediləcək - Tədqiqat

4 Oktyabr 2017 19:35 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu metodikanın əsas komponenti insanın göz yaşları ola bilər.

Mütəxəssislər lizosim fermentinin pyezoelektrik xassələrinin öyrənilməsi əsasında belə nəticəyə gəliblər. Tədqiqat müəllifləri bu maddələrin kristallarını şüşələrin arasında yerləşdirərək alınmış elektrik gücünü ölçüblər. Nəticədə təsdiq edilib ki, göz yaşlarında, süddə, məməlilərin ağız suyunda, həmçinin yumurta zülallarında külli miqdarda bu ferment var.