Güclü yağışların yaratdığı fəsadlar Astaradan da yan keçmədi

4 Oktyabr 2017 23:22 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, intensiv yağan yağışlardan sonra Pensər çayının səviyyəsi qalxıb. Nəticədə sel suları Şiyəkəran kəndi ərazisində iki piyada körpüsünü yuyub aparıb.

Bundan başqa bəzi yaşayış evlərinin həyətyanı sahələrini su basıb. Güclü leysan yağışlar səbəbindən bir sıra kəndlər və rayon mərkəzində enerji kəsilib.

AzNews.az