Putin Kral Salmanı qəbul etdi – Video

5 Oktyabr 2017 17:03 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Putin Səudiyyə Kralının Rusiyaya səfərini tarixi hadisə adlandırıb.

Kral Salman isə çıxışı zamanı Rusiyanın “dost ölkə” olduğunu deyib və bildirib ki, Səudiyyə hökuməti Rusiya ilə münasibətləri daha da yaxşılaşdırmağa səy göstərir.

Görüşdə tərəflər əsasən Suriya və neft bazarında vəziyyətə dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Soyuq Müharibə dövründə gərginləşmişdi. Həmin dövrdə Səudiyyə Ərəbistanı Sovet İttifaqına qarşı döyüşən əfqan üsyançıları silahlandırırdı. Son dövrlərdə isə Suriya məsələsində tərəflərin mövqeyi üst-üstə düşmür. Rəsmi Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyi halda, Səudiyyə Ərəbistanı hökuməti onun düşmənlərinə dəstək olur. Buna baxmayaraq, hər iki ölkə enerji siyasətində ötən ilin noyabr ayında razılığa gələ bilmiş və nəticədə OPEK ölkələri ilə qeyri-OPEK ölkələri arasında neft istehsalının həcmini azaltmağa dair saziş əldə olunmuşdu.

Hazırda ik ölkə arasında ticarət dövriyyəsi 2.8 milyard dollar təşkil edir.

Bəxtiyar Abbasov

AzNews.az