"Azərbaycan millisinin futbolçuları qələbəyə görə əla mükafat alır"

5 Oktyabr 2017 17:43 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin çexiyalı futbolçusu Pavel Dreksa deyib.

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyunu öncəsi ölkəsinin mətuatına müsahibə verən 28 yaşlı müdafiəçi komandamızın qələbə şansının az olduğunu bildirib:

"Çexiya FİFA reytinqində Azərbaycanda yuxarı pillədədir. Ona görə də Çexiya yığması burda zəif rəqib sayılmır. Hamı Çexiyanın yaxşı nəticələrini xatırlayır. Onlar Çexiya futboluna hörmət edir və bizim səviyyəmizə qalxmaq istəyirlər.

Burda qələbəyə inanırlar. Azərbaycan millisində "Qarabağ"ın 9 futbolçusu var. Hansı ki, onlar Çempionlar Liqasının qrup mərhələsində çıxış edirlər. Bu, milli komandanı güclü edir. İndi Azərbaycan yığması bir neçə il əvvəlki kimi "cırtdan" komanda deyil. Ancaq düşünürəm ki, Çexiya millisi qalib gələcək".

P.Dreksa azərbaycanlı futbolçuların qələbəyə görə mükafat vəd ediləndə çox istəkli olduğunu qeyd edib: "Azərbaycanda istedadlı futbolçular var. Onlara mükafat vəd ediləndə isə daha motivaisyalı olurlar və fantastik futbol sərgiləyirlər. Çexiya ilə oyunda qələbəyə görə onlara nə qədər mükafat vəd edildiyini bilmirəm, ancaq San Marinoya qalib gəldikləri üçün 50 min dollara yaxın pul almışdılar. Ona görə də düşünmürəm ki, komanda meydana məğlub olmaq üçün çıxacaq".

Dreksa "niyə azərbaycanlı futbolçular ölkə xaricinə çıxmır" sualını da cavablandırıb: "Onlar ölkə xaricində oynamağa cəhd etmirlər. Çünki burda yerli oyunçular üçün yaxşı şərait var, yüksək məbləğdə maaş alırlar. Onlar Azərbaycan Premyer Liqasında oynamaqla avrokuboklarda çıxış edə bilirlər. Başqa ölkələrdə isə ancaq TOP-klublarda bunu bacarmaq olur".

Pavel Dreksa "Qarabağ haqda:

"Qarabağ" son 4 mövsümün qalibidir. Azərbaycanın ən güclü futbolçuları bu komandada cəmləşib. Yaxşı legionerləri də var. Bu komandaya qarşı 5 dəfə oynamışam. Onlardan üçündə uduzmuşuq.

"Qarabağ" Azərbaycanın ən varlı klubudur. Onların büdcləri Bundesliqa klublarındakı kimidir.

"Qarabağ"ın Çempionalar Liqasının qrup mərhələsində oynaması Azərbaycanda futbolun inkişaf etdiyini göstərir. Komanda "Roma" ilə oynayanda 70 minə yaxın azarkeş gəlmişdi. Mən bileti oyuna 3 həftə qalmış almalı oldum.