Bulvarda daha bir intihar

21 Fevral 2013 08:54 (UTC+04:00)



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində, "Hökumət evi" ilə üzbəüz hissədə şəxsiyyəti hələlik məlum olmayan şəxs özünü dənizə atıb. 65-70 yaşlı şəxsin meyiti sudan çıxarılıb. Meyitə baxış keçirilib və hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Hazırda intihar etmiş kişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.