"Prosineçki millidə qalacaq?" - Rövnəq Abdullayev cavab verdi

5 Oktyabr 2017 22:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA prezidenti Rövnəq AbdullayevAzərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.

O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari tsikl başa çatdıqdan sonra qərar veriləcək.

R.Abdullayev "Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı" sualına belə cavab verib: "Həyat davam edir".