S. Ərəbistanı ilə Rusiya arasında milyard dollarlıq silah sazişi

6 Oktyabr 2017 11:14 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşmanın həcmi 1 milyard dollar təşkil edir.

Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı Rusiyadan S-400 tipli raketdən müdafiə sistemi, Kornet tank əlyehinə raket kompleksi, Kalaşnikov AK-103 və TOS-1A raket atıcıları satın alacaq.

Səudiyyə hökuməti eyni zamanda bu silahların istehsal texnologiyalarını da satın alıb. Bununla Səudiyyə Ərəbistanı həmin silahları təkmilləşdirəcək və onların istismarını təmin edəcək.

Məlumata görə, hər iki ölkə kosmik sahədə də əməkdaşlığa dair razılıq əldə ediblər.

Bəxtiyar Abbasov

AzNews.az