Bu rayonlarda su olmayacaq

6 Oktyabr 2017 11:32 (UTC+04:00)

“Azərsu” ASC-dən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

Bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzNews.az