Ali Məhkəmə “Yehovanın Şahidləri”nə “yox“ dedi

21 Fevral 2013 09:12 (UTC+04:00)
Ali Məhkəmədə "Yehovanın Şahidləri" dini icması, həmçinin icmanın üzvləri Akçurina Gülsira Qayazovna və Məmmədəliyeva Kamila Şövkətovnanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasına baxılıb.

APA-nın məlumatına görə, iddiaçılar Dövlət Komitəsinə qarşı ədəbiyyatın məhdudiyyətsiz idxalına icazə verilməsi barədə iddia qaldırıblar.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Ötən gün iddiaya baxan Ali Məhkəmə də qərarı qüvvədə saxlanılaraq, iddiaçıların kasasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, "Yehovanın Şahidləri" dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini əvvəllər də məhkəməyə verib.

AzNews.az