“Fırtına öncəsi səssizlik” – Tramp İranla razılaşmanı pozur

6 Oktyabr 2017 12:57 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev oktyabr ayının 15-ində bu barədə konkrekt olaraq qərarını açıqlayacaq.

Rəsmi Vaşinqton razılaşmanı tərk edəcəyi təqdirdə İrana qarşı iqtisadi sanksiyaların tədbiq olunacağı da istisna deyil.

Tramp ötən gün hərbi rəhbərlərlə birgə iclasında “fırtına öncəsi səssizlik” ifadəsini işlətmiş, lakin bununla nə demək istədiyini gizli saxlamışdı. Bəzi ekspertlərin fikrincə, Tramp bu cür ifadələrlə ABŞ-ın Şimali Koreya ilə olan münasibətlərini şərh edib. Lakin “New York Times” qəzeti qeyd edir ki, Tramp bununla, əslində İranla olan münasibətlərinə aydınlıq gətirib.

Qeyd edək ki, Tramp İranla əldə olunan nüvə sazişini tərk edəcəyinə dair hələ seçki kampaniyasında vədlər vermişdi.

2015-ci ildə “altılıq” ölkələri ilə İran arasında əldə olunan razılaşmanın məqsədi İranın nüvə proqramını məhdudlaşdırması müqabilində bu ölkəyə qarşı iqtisadi sanksiyaların aradan qaldırılması idi.

Bəxtiyar Abbasov

AzNews.az