Türkiyə prezidenti Serj Sərkisyanı təbrik edib
21 Fevral 2013 09:29 (UTC+04:00)
Türkiyə prezidenti Abdullah Gül Serj Sərkisyanı yenidən Ermənistan prezidenti postuna seçilməsi münasibətilə təbrik edib.
APA-nın məlumatına görə, bu barədə "Anadolu" Agentliyi xəbər yayıb.
Qeyd edək ki, Ermənistanda keçirilən prezident seçkilərində Serj Sərkisyan rəqiblərindən daha çox səs toplayaraq yenidən prezident seçilib.
AzNews.az