8 nəfər dəm qazından zəhərlənib
21 Fevral 2013 09:43 (UTC+04:00)
Ötən gün Bakıda 8 nəfər dəm qazından zəhərlənib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın müxtəlif ərazilərində baş verib. Zəhərlənənlərdən 6 nəfərinin vəziyyəti ağır olduğu üçün xəstəxanalara yerləşdiriliblər. Dəm qazından zəhərlənənlərin 2 nəfəri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
AzNews.az