Qızıl 2 dollara yaxın bahalaşıb

7 Oktyabr 2017 10:49 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% - 7 522,87 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,36% - 5 359,90 bəndədək, Almaniya DAX-ı isə 0,09% - 12 955,94 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,70 dollar artaraq 1 274,90 dolara, gümüş isə 0,15 dollar artaraq 16,79 dollara satılıb.

AzNews.az